12px13px15px17px
Tarix:17/08/20

Hindistanda 1000 gün ərzində 600 min kənd yüksəksürətli internetə qoşulacaq

Yaxın 1000 gündə Hindistanın hər bir kəndi fiber-optik qoşulma vasitəsilə yüksəksürətli internetə çıxış əldə edəcək. Bu haqda ölkənin müstəqilliyi günü münasibətilə çıxışı zamanı baş nazir Narendra Modi deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, ölkənin müstəqilliyinin 74-cü ildönümü münasibətilə xalqa müraciət edən Hindistanın baş naziri Narendra Modi deyib ki, texnologiyalar ölkənin inkişafında və hər bir vətəndaşın rəqəmsal təhsilində böyük rol oynayacaq. Modi bildirib ki, yaxın 1000 gündə ölkənin bütün kəndləri fiber-optik qoşulma ilə təmin ediləcək.
 
"Bu, Hindistanı daha intensiv inkişaf etdirməyə kömək edəcək, buna görə bunu tez bir zamanda etməliyik. Biz yaxın 1000 gündə öz məqsədimizə nail olacağıq. Yaxın 1000 gündə ölkədəki hər bir kənd optik qoşulma ilə təmin ediləcək" – baş nazir Modi öz çıxışında deyib.
 
2014-cü ilədək təxminən 50 böyük kənd yüksəksürətli internetə qoşulub. Növbəti 6 ildə ölkədəki vəziyyət dəyişməyib: ölkənin bu hissəsində internetə çıxış 7% yüksəlib.
 
Emil Hüseynov




Baxış sayı: 1768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024