Tarix:20/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “BlackBerry” smartfonlarının buraxılışı ilə yeni təsis edilmiş “OnwardMobility” şirkəti məşğul olacaq. Bu haqda şirkətin “YouTube” kanalında məlumat verilib. Təxminən 1 il fəaliyyət göstərən şirkətin əməkdaşları mobil və korporativ sənayenin qocamanlarından ibarətdir. Şirkətin saytında yazılıb ki, məqsəd ən təhlükəsiz mobil qurğular təklif etməkdir. Amma qeyd etmək lazımdır ki, cihazların bilavasitə hazırlanması və istehsalı ilə “Foxconn” şirkətinin törəməsi olan “FIH Mobile Limited” məşğul olacaq.
Elana görə 2021-ci ildə “Android” sisteminin idarəetməsi altında işləyən “BlackBerry” smartfonu təqdim ediləcək. O, “QWERTY” klaviatura və “5G” beşinci nəsil şəbəkəsi ilə təchiz ediləcək. Qurğu istifadəçilərə korporativ və dövlət səviyyəsində təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı ilə tədarük ediləcək.
Emil Hüseynov
“BlackBerry” geri qayıdır
Bu ilin əvvəlində Çinin “TCL” şirkəti “BlackBerry” smartfonlarının buraxılışının dayandırılmasını elan etmişdi ki, bunu da populyar brendin sonu hesab etmək olardı. Ancaq qəfildən yeni “BlackBerry” smartfonunun anonsu verilib.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “BlackBerry” smartfonlarının buraxılışı ilə yeni təsis edilmiş “OnwardMobility” şirkəti məşğul olacaq. Bu haqda şirkətin “YouTube” kanalında məlumat verilib. Təxminən 1 il fəaliyyət göstərən şirkətin əməkdaşları mobil və korporativ sənayenin qocamanlarından ibarətdir. Şirkətin saytında yazılıb ki, məqsəd ən təhlükəsiz mobil qurğular təklif etməkdir. Amma qeyd etmək lazımdır ki, cihazların bilavasitə hazırlanması və istehsalı ilə “Foxconn” şirkətinin törəməsi olan “FIH Mobile Limited” məşğul olacaq.
Elana görə 2021-ci ildə “Android” sisteminin idarəetməsi altında işləyən “BlackBerry” smartfonu təqdim ediləcək. O, “QWERTY” klaviatura və “5G” beşinci nəsil şəbəkəsi ilə təchiz ediləcək. Qurğu istifadəçilərə korporativ və dövlət səviyyəsində təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı ilə tədarük ediləcək.
Emil Hüseynov
Baxış sayı: 814
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır