Tarix:20/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Google” əlavələr səhifəsinin statusu bir qədər əvvəl yenilənib: şirkət “Gmail” və “Google Drive” servislərində problemlərlə bağlı hesabatların alınmasını təsdiq edib. Bundan başqa, “Twitter” və ya “DownDetector” servislərinə nəzər yetirdikdə son saatlar ərzində səhvlər haqqında minlərlə məlumatı görmək mümkündür.
İstifadəçilərin sözlərinə görə, elektron məktubları göndərmək mümkün olsa da, faylın qoşulması zamanı yükləmə prosesi uzun çəkir və bəzi hallarda başa çatmayaraq səhv haqqında bildirişin göstərilməsi ilə nəticələnir: xidmət tərəfindən internet bağlantısını yoxlamaq təklif olunur. Qeyd edək ki, oxşar problemlər “Slack” korporativ messencerində də müşahidə edilir.
“Google” şirkətinin Bakı vaxtı ilə saat 10:07-də verdiyi məlumatda problemin öyrənilməsi bildirilib. Şirkət onu da təsdiq edib ki, problemlər “Google Meet”, “Google Voice” və “Google Docs” kimi digər proqramlarda da müşahidə olunur. Bundan əlavə, “YouTube” servisində videoların yüklənilməsində problemlərin mövcudluğu barədə məlumatlar dərc olunur.
Nizam Nuriyev
“Google” servislərində nasazlıqlar yaranıb
Son saatlar ərzində əksər istifadəçilər “Gmail” elektron poçtu vasitəsilə məktubların göndərilməsində problemlərlə üzləşib. Bakı vaxtı ilə saat 08:00-dan etibarən istifadəçilər bir sıra “G Suite” servislərinə, xüsusilə “Gmail” elektron poçtuna qoşulmaqla bağlı problemlərdən şikayətlənməyə başlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Google” əlavələr səhifəsinin statusu bir qədər əvvəl yenilənib: şirkət “Gmail” və “Google Drive” servislərində problemlərlə bağlı hesabatların alınmasını təsdiq edib. Bundan başqa, “Twitter” və ya “DownDetector” servislərinə nəzər yetirdikdə son saatlar ərzində səhvlər haqqında minlərlə məlumatı görmək mümkündür.
İstifadəçilərin sözlərinə görə, elektron məktubları göndərmək mümkün olsa da, faylın qoşulması zamanı yükləmə prosesi uzun çəkir və bəzi hallarda başa çatmayaraq səhv haqqında bildirişin göstərilməsi ilə nəticələnir: xidmət tərəfindən internet bağlantısını yoxlamaq təklif olunur. Qeyd edək ki, oxşar problemlər “Slack” korporativ messencerində də müşahidə edilir.
“Google” şirkətinin Bakı vaxtı ilə saat 10:07-də verdiyi məlumatda problemin öyrənilməsi bildirilib. Şirkət onu da təsdiq edib ki, problemlər “Google Meet”, “Google Voice” və “Google Docs” kimi digər proqramlarda da müşahidə olunur. Bundan əlavə, “YouTube” servisində videoların yüklənilməsində problemlərin mövcudluğu barədə məlumatlar dərc olunur.
Nizam Nuriyev
Baxış sayı: 1600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib