Tarix:09/12/11
“İHS iSuppli” şirkətinin proqnozuna əsasən, 2012-ci ilin ilk rübündə bazara 84,2 milyon yeni kompyuter tədarük ediləcək. Analitiklər 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə 95,3 milyon ədəd kompyuter satışı gözləyirlər, bu göstərici isə 2012-ci ilin ilk rübü ilə müqayisədə 1,6% çoxdur.
“İHS” şirkətinin analitikləri 2011-ci illə müqayisədə 2012-ci ilin ümumi nəticəsinə görə kompyuter satışlarının 6.8% artmasını proqnozlaşdırırlar. Daha əvvəl 9,5% artım gözlənilirdi. Analitiklər qeyd ediblər ki, kompyuterlərin tədarük oluna bilməməsinin əsas səbəblərindən biri sərt disklərin çatışmazlığı olacaq.
“İDC” şirkətinin hesablamalarına əsasən, hal-hazırda sərt disk istehsal edən zavodların əksəriyyəti zərərə məruz qalıb və bərpaya ehtiyacları var.
"Sərt disk istehsalının nə vaxt qaydasına düşəcəyini təyin etmək hələ mümkün deyil. Yalnız suyun əsas istehsal mərkəzlərindən çəkilməsindən sonra belə proqnoz vermək olar" – “İDC” şirkətindən qeyd ediblər.
Taylandda baş vermiş daşqın kompyuter bazarını çökdürür
“İHS iSuppli” analitik şirkətinin məlumatına əsasən, Taylandda baş vermiş daşqın nəticəsində 2012-ci ilin ilk rübündə təxminən 3,8 milyon kompyuter dünya bazarına tədarük edilə bilməyəcək.“İHS iSuppli” şirkətinin proqnozuna əsasən, 2012-ci ilin ilk rübündə bazara 84,2 milyon yeni kompyuter tədarük ediləcək. Analitiklər 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə 95,3 milyon ədəd kompyuter satışı gözləyirlər, bu göstərici isə 2012-ci ilin ilk rübü ilə müqayisədə 1,6% çoxdur.
“İHS” şirkətinin analitikləri 2011-ci illə müqayisədə 2012-ci ilin ümumi nəticəsinə görə kompyuter satışlarının 6.8% artmasını proqnozlaşdırırlar. Daha əvvəl 9,5% artım gözlənilirdi. Analitiklər qeyd ediblər ki, kompyuterlərin tədarük oluna bilməməsinin əsas səbəblərindən biri sərt disklərin çatışmazlığı olacaq.
“İDC” şirkətinin hesablamalarına əsasən, hal-hazırda sərt disk istehsal edən zavodların əksəriyyəti zərərə məruz qalıb və bərpaya ehtiyacları var.
"Sərt disk istehsalının nə vaxt qaydasına düşəcəyini təyin etmək hələ mümkün deyil. Yalnız suyun əsas istehsal mərkəzlərindən çəkilməsindən sonra belə proqnoz vermək olar" – “İDC” şirkətindən qeyd ediblər.
Baxış sayı: 1118
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır