12px13px15px17px
Tarix:22/08/20

“Facebook”un köhnə dizaynı sentyabrda tamamilə deaktiv ediləcək

“Facebook” şirkəti 2019-cu ildə təqdim edilmiş yenilənmiş interfeysə son keçidi elan edib. Gələn aydan etibarən sosial şəbəkənin yeni versiyasından klassik versiyasına keçid mümkün olmayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Facebook”un 15 il mövcudluğu ərzində ən mühüm yenidən dizaynı ötən ilin mayında “F8” konfransında şirkətin direktoru Mark Zukerberq təqdim edib. Yuxarı hissədən göy rəngli başlıq aradan qaldırılıb, şriftin ölçüsü artırılıb, qara rəngli interfeys tətbiq edilib, interfeys isə daha işıqlı rəng tonlarında işlənilib.
 
“Facebook”un yeni dizaynı ilk olaraq “iOS” və “Android” üçün mobil proqramlarda aktivləşdirilib, bu ilin mayından etibarən isə kompüterlərdə başlanğıc ayar olaraq istifadə olunmağa başlanılıb. Bununla belə, istifadəçilər istənilən vaxt köhnə versiyaya keçid etmək imkanına malik olublar.
 
“Facebook”un məlumat xidmətinə istinadən “Engadget” nəşri yazıb ki, sentyabrda sosial şəbəkənin köhnə versiyası tamamilə deaktiv ediləcək.
 
Emil Hüseynov



Baxış sayı: 2539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024