12px13px15px17px
Tarix:24/08/20

“Samsung” tədqiqat və işləmələrə rekord məbləğ xərcləyib

“Samsung” şirkəti elmi tədqiqat və təcrübi-konstruktor işlərinə investisiyaları rekord məbləğdə artırıb. Belə ki, 2010-cu ilin birinci yarısında bu göstərici 2019-cu ilin analoji göstəricisi ilə müqayisədə 400 milyon dollar artaraq 8,9 milyard dollara çatıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclər şirkətin ilin ilk altı ayı ərzində satışdan əldə olunan gəlirinin 9,8 faizini təşkil edib. Bu məbləğə 14,42 milyard dollar həcmində kapital qoyuluşundan 12,4 milyard dolların ayrıldığı mikrosxemlərin istehsalı üçün xərclər daxil deyil. Bu, iş yerlərinin sayını artırmağa imkan verəcək. Hesabatda, həmçinin qeyd olunur ki, ilin ilk yarısında 1400 yeni əməkdaş işə qəbul olunub, şirkətin Cənubi Koreyada işçilərinin ümumi sayı isə 106 074 nəfərə çatıb.
 
Daimi investisiyalar və yeni texnologiyaların hazırlanması sayəsində “Samsung” əksər sahələrdə liderdir. Cənubi Koreya nəhəngi televizorlar seqmentində 32,4 faiz və smartfonlar bazarında 16,3 faiz paya sahibdir. Şirkətin “DRAM” yaddaş mikrosxemləri və smartfonlar üçün displeylər seqmentində payı müvafiq olaraq 43,8 və 41,3 faiz təşkil edib.
 
Nizam Nuriyev




Baxış sayı: 757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024