12px13px15px17px
Tarix:10/12/11

Hal-hazırda internetdə 555 milyon veb-sayt fəaliyyət göstərir

“Netcraft” şirkəti dünən, dekabr ayının 9-da internetdə fəaliyyət göstərən  sayt və şəxsi bloqların sayı haqqında dekabr hesabatını dərc edib. Şirkətin məlumatlarına əsasən, 2011-ci il dekabr ayının 1-i tarixinə olan vəziyyətə əsasən, internetdə 555 482 744 sayt fəaliyyət göstərir. Bu göstərici isə keçən ay ilə müqayisədə 29,5 milyon və ya 5,6% çoxdur.

Dekabr ayında “Apache” veb-serveri demək olar ki, öz bazasını 20 milyon host artırıb, bu isə son 5 ay ərzində ən böyük artımdır. Daha sonra 1,2 milyon host artımı ilə “Microsoft IIS” veb-serveri gəlir.




Baxış sayı: 1294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024