12px13px15px17px
Tarix:26/08/20

4 il ərzində süni intellektə xərclər iki dəfə artacaq

4 il ərzində süni intellektə qlobal xərclər 2 dəfə artacaq. Şirkətlər zamanla belə texnologiyalara daha çox pul xərcləyirlər, çünki onlar biznesin rəqəmli transformasiyasını həyata keçirməyə kömək edir. Bu barədə “IDC” analitik şirkətinin araşdırmasında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna görə, 2020-ci ildə dünyada süni intellektə əsaslanan həllərin (avadanlıq, proqram təminatı və xidmətlər) satın alınmasına 50,1 milyard dollar xərclənəcək və 2024-cü ildə bu göstərici 110 milyard dolları ötəcək. Bu bazarın orta illik artım tempi 20,1% səviyyəsində qiymətləndirilir.
 
Analitiklər müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşması və əməkdaşların iş məhsuldarlığının yüksəlməsini süni intellektin tətbiqinə imkan yaradan iki əsas amil hesab edirlər.
 
Region baxımından yaxın illərdə süni intellekt xərclərinin 50%-dən çoxu ABŞ-ın payına düşəcək. Belə xərclər üzrə ikinci yerdə Qərbi Avropa yerləşəcək, ən yüksək artım tempi (ildə 32,1%) Yaponiyada gözlənilir.
 
Emil Hüseynov



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024