Tarix:28/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat www.mediasat.info” resursuna istinadən yazır ki, “Giga” qlobal təşəbbüsü ötən il UNICEF və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbərliyi ilə istifadəyə verilib. “Ericsson” layihəyə bir neçə milyon dollar yatırmaq və məktəblərin internetə qoşulmasında UNICEF-in tərəfdaşı qismində çıxış etmək istəyini ifadə edən ilk özəl şirkət olub.
BTİ-nin məlumatına görə, bu gün internetə çıxışın olmaması səbəbindən 360 milyon gənc təhsil üçün məhdud imkanlara malikdir. “Ericsson” və UNICEF arasında imzalanan sazişin məqsədi hər bir uşağa təhsil almaq üçün lazım olan rəqəmli texnologiyalardan müntəzəm istifadəyə kömək etməkdir.
Qeyd olunur ki, UNICEF və “Ericsson”, həmçinin BMT-nin “Generation Unlimited” ümumdünya təşəbbüsünə diqqət yetirirlər. Onun məqsədi gənclərin təhsil və məşğulluq sahəsində imkanlarının genişləndirilməsi və inkişaf etdirilməsi, eləcə də rəqəmli iqtisadiyyatın inkişafında iştirak üçün zəruri olan biliklərin əldə olunmasına yardım etməkdir. Bundan başqa, tərəfdaşlıq çərçivəsində tərəflər uşaqların “COVID-19” pandemiyası şəraitində internet və rəqəmsal texnologiyalar vasitəsilə təhsili davam etdirmək üçün UNICEF-in fəaliyyət planına dəstək verəcəklər.
Nizam Nuriyev
“Ericsson” və UNICEF 35 ölkənin məktəblərində internetə çıxışı təmin edəcəklər
“Ericsson” şirkəti və BMT-nin Uşaq Fondu (UNICEF) məqsədi hər məktəbi internetə qoşmaq olan “Giga” təşəbbüsü çərçivəsində tərəfdaşlığa başlayıb. Üç il ərzində tərəfdaşlar dünyanın 35 ölkəsində bütün məktəblərin internetə çıxışını təşkil etmək niyyətindədirlər.“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat www.mediasat.info” resursuna istinadən yazır ki, “Giga” qlobal təşəbbüsü ötən il UNICEF və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbərliyi ilə istifadəyə verilib. “Ericsson” layihəyə bir neçə milyon dollar yatırmaq və məktəblərin internetə qoşulmasında UNICEF-in tərəfdaşı qismində çıxış etmək istəyini ifadə edən ilk özəl şirkət olub.
BTİ-nin məlumatına görə, bu gün internetə çıxışın olmaması səbəbindən 360 milyon gənc təhsil üçün məhdud imkanlara malikdir. “Ericsson” və UNICEF arasında imzalanan sazişin məqsədi hər bir uşağa təhsil almaq üçün lazım olan rəqəmli texnologiyalardan müntəzəm istifadəyə kömək etməkdir.
Qeyd olunur ki, UNICEF və “Ericsson”, həmçinin BMT-nin “Generation Unlimited” ümumdünya təşəbbüsünə diqqət yetirirlər. Onun məqsədi gənclərin təhsil və məşğulluq sahəsində imkanlarının genişləndirilməsi və inkişaf etdirilməsi, eləcə də rəqəmli iqtisadiyyatın inkişafında iştirak üçün zəruri olan biliklərin əldə olunmasına yardım etməkdir. Bundan başqa, tərəfdaşlıq çərçivəsində tərəflər uşaqların “COVID-19” pandemiyası şəraitində internet və rəqəmsal texnologiyalar vasitəsilə təhsili davam etdirmək üçün UNICEF-in fəaliyyət planına dəstək verəcəklər.
Nizam Nuriyev
Baxış sayı: 3566
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib