12px13px15px17px
Tarix:12/12/11

Azərbaycanda genişzolaqlı internetin inkişafı strategiyasının əhatə dövrü 2015-ci ilədək uzadılıb

Azərbaycanda genişzolaqlı internetin inkişafı strategiyası 2015-ci ilədək uzadılıb. Bunan əvvəl strategiya 2011-2013-cü illər üçün nəzərdə tutulmuşdu.

Strateji planın fəaliyyət müddətinin uzadılması BMT-nin Genişzolaqlı əlaqələr komissiyasının 2015-ci ilədək genişzolaqlı çıxışın inkişafı sahəsində müəyyən etdiyi yeni məqsədlərlə tam uyğundur.

Yeni məqsədlərə görə, 2015-ci ilədək bütün ölkələr genişzolaqlı əlaqələr sahəsində milli plana və ya strategiyaya malik olmalıdırlar.

Məlumata görə, hazırda Azərbaycanda genişzolaqlı internetin inkişafı strategiyası çərçivəsində işlər uğurla aparılır. Söhbət dövlət rabitə operatorları "Aztelekom" və "Bakı Telefon Rabitəsi" tərəfindən yaradılan son istifadəçinin genişzolaqlı internet xidmətlərinə qoşulması üçün optik rabitə infrastrukturunun yaradılmasından gedir.

Azərbaycanda genişzolaqlı internetə qoşulma səviyyəsi nazirliyin proqnozarına görə, yaxın vaxtlarda 40 faizə çatacaq. Hazırda bu rəqəm 30 faiz səviyyəsindədir ki, bu da ölkədəki internet istifadəçilərinin ümumi sayının yarısını (60 faizini) təşkil edir. Buraya həm mobil, həm də stasionar çıxış daxildir.

BMT Komissiyasının məqsədlərində nəzərdə tutulub ki, 2015-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 40 faizi internetə çıxış əldə etməlidir, dünyada internet istifadəçilərinin sayı 60 faizə, inkişaf etməkdə olan ölkələrdə 50 faizə, az inkişaf etməkdə olan ölkələrdə isə 15 faizə çatmalıdır.

Həmçinin, 2015-ci ilə qədər nəzərdə tutulub ki, inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin baza xidmətləri qiymət baxımından əlverişli olmalıdır. Bunun üçün lazımi tənzimləmə və bazar güclərindən (məsələn, orta yalıq gəlirlərin beş faizindən artıq omayaraq təşkil etmək) istifadə edilməlidir.

Azərbaycanda bu rəqəm orta aylıq əməkhaqqının məbləğinin təxminən 4-4,5 faizini təşkil edir.
Tam Xəbər



Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024