12px13px15px17px
Tarix:25/09/20

"Vikipediya"nın veb-versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək

"Vikipediya" onlayn ensiklopediyasının veb versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək. Bu haqda "Vikipediya" tərəfindən idarə olunan "Wikimedia Foundation" qeyri-kommersiya təşkilatının bloqunda yazılıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "newsru.com" saytına istinadən yazır ki, veb-versiyanın yenidən dizayn edilməsi saytın yeni istifadəçilər üçün daha rahat edilməsi zərurəti ilə izah edilib. Tərtibatçılar, həmçinin planlaşdırılmış dəyişikliklərdən bəzilərini ayrıca səhifədə nümayiş etdiriblər. Məsələn, yeni dizaynda oxunan məqalənin bölmələrinin əlavə menyusu olacaq ki, bu da naviqasiya üçün səhifənin əvvəlinə geri qayıtmamağa imkan verəcək. Bundan başqa, tərtibatçılar diqqəti yayındıran çoxlu sayda linkdən ibarət sol sütundan imtina edəcəklər. Müxtəlif dillər arasında keçid imkanı xeyli sadələşdiriləcək.
 
"Wikimedia Foundation" təşkilatının rəsmisi bildirib ki, planlaşdırılmış dəyişikliklər yoxlamadan sonra tədricən reallaşdırılacaq. Veb-versiyanın yenidən dizaynının 2021-ci ilin sonunadək tamamlanması gözlənilir.
 
Emil Hüseynov



Baxış sayı: 19530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024