Tarix:23/06/11
Əkizlər aşağı instansiyaların qərarından ABŞ-ın Ali Məhkəməsinə apelyasiya verməməyə qərar veriblər. Bu, faktiki olaraq çoxillik məhkəmə təhqiqatının sonuna dəlalət edir. “Facebook” isə öz növbəsində bu qərarı alqışlayıb. İddiaçıların vəkili şərh verməyib.
Xatırladaq ki, 2008-ci ildə Apelyasiya Məhkəməsi Sukerberqin Kemeron və Tayler Uinklvosslara 20 milyon dollar kompensasiya ödəməyini, həmçinin 45 milyon dollar dəyərində “Facebook” səhmləri verməyini qərara alıb. Sonra qardaşlar göstəriləndən az səhm aldıqlarını bildiriblər və 2008-ci ildə razılaşmaya yenidən baxmağı tələb edərək Sukerberqi məhkəməyə veriblər. Amma bu ilin aprel ayında ABŞ-ın dairə Apelyasiya Məhkəməsi onların iddiasını təmin etməkdən imtina edib və 2008-ci il qətnaməsini qüvvədə saxlayıb.
İddiaya görə, 2002-ci ilin dekabrında Uinklvoss qardaşları və onların kurs yoldaşı Divya Narendra tələbələr üçün qapalı “HarvardConnection” sosial şəbəkəsini yaratmağa qərar veriblər. 2003-cü ilin noyabrında onlar Mark Sukerberqi işə götürüblər. Ona ideyanı izah ediblər, həmçinin də hazırlanmış proqram kodunun mətnlərini veriblər. Sukerberq 2 ay ərzində Uinklvossovlardan gizli gələcək partnyoru Eduardo Saverinomla şəxsi sosial şəbəkə yaradılması ilə məşğul olmuş və 2004-cü il fevral ayının 6-da onlar “thefacebook.com” saytını istifadəyə veriblər. Uinklvoss qardaşları intellektual mülkiyyətin oğurluğu iddiası ilə universitetin administrasiyasına müraciət etmiş, amma administrasiya onlara məhkəməyə müraciət etməyə tövsiyə edib.
Bütün bunlar Devid Finçerin "Sosial şəbəkə" filmi sayəsində hamıya məlum olub.
Mark Sukerberqə barışıq elan edilib
Dünyada ən böyük sosial şəbəkənin ideya və proqram kodunun oğurluğunda “Facebook” rəhbəri Mark Sukerberqi ittiham etmiş Uinklvoss əkizləri məhkəmə iddiasını dayandırmağa qərar veriblər.Əkizlər aşağı instansiyaların qərarından ABŞ-ın Ali Məhkəməsinə apelyasiya verməməyə qərar veriblər. Bu, faktiki olaraq çoxillik məhkəmə təhqiqatının sonuna dəlalət edir. “Facebook” isə öz növbəsində bu qərarı alqışlayıb. İddiaçıların vəkili şərh verməyib.
Xatırladaq ki, 2008-ci ildə Apelyasiya Məhkəməsi Sukerberqin Kemeron və Tayler Uinklvosslara 20 milyon dollar kompensasiya ödəməyini, həmçinin 45 milyon dollar dəyərində “Facebook” səhmləri verməyini qərara alıb. Sonra qardaşlar göstəriləndən az səhm aldıqlarını bildiriblər və 2008-ci ildə razılaşmaya yenidən baxmağı tələb edərək Sukerberqi məhkəməyə veriblər. Amma bu ilin aprel ayında ABŞ-ın dairə Apelyasiya Məhkəməsi onların iddiasını təmin etməkdən imtina edib və 2008-ci il qətnaməsini qüvvədə saxlayıb.
İddiaya görə, 2002-ci ilin dekabrında Uinklvoss qardaşları və onların kurs yoldaşı Divya Narendra tələbələr üçün qapalı “HarvardConnection” sosial şəbəkəsini yaratmağa qərar veriblər. 2003-cü ilin noyabrında onlar Mark Sukerberqi işə götürüblər. Ona ideyanı izah ediblər, həmçinin də hazırlanmış proqram kodunun mətnlərini veriblər. Sukerberq 2 ay ərzində Uinklvossovlardan gizli gələcək partnyoru Eduardo Saverinomla şəxsi sosial şəbəkə yaradılması ilə məşğul olmuş və 2004-cü il fevral ayının 6-da onlar “thefacebook.com” saytını istifadəyə veriblər. Uinklvoss qardaşları intellektual mülkiyyətin oğurluğu iddiası ilə universitetin administrasiyasına müraciət etmiş, amma administrasiya onlara məhkəməyə müraciət etməyə tövsiyə edib.
Bütün bunlar Devid Finçerin "Sosial şəbəkə" filmi sayəsində hamıya məlum olub.
Baxış sayı: 1732
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib