Tarix:14/12/11
Onun sözlərinə görə, "Elektron hökumət" portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub və respublikanın nazirlik və idarələrinin qoşulması üzrə işlər davam edir.
"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.Portalın işə salınması gələn ilin martında gözlənilir.
Respublikanın idarələri tərəfindən göstəriləcək elektron xidmətlərin ümumi sayı 300 ədəd təşkil edəcək.
"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq.
X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.
İdarələrarası qarşılıqlı elektron fəaliyyət sistemi vətəndaşların bu və ya digər sənədləri dövlət idarələrinə (pasport qeydiyyatı şöbəsi, mənzil-kommunal təsərrüfat idarəsi və s.) getmədən almasını asanlaşdıracaq.
Azərbaycanda e-hökumət portalında xidmətlərin sayı 56-ya çatıb
Azərbaycanda "Elektron hökumət" portalında təqdim edilən elektron xidmətlərin sayı 56 ədədə çatıb. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.Onun sözlərinə görə, "Elektron hökumət" portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub və respublikanın nazirlik və idarələrinin qoşulması üzrə işlər davam edir.
"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.Portalın işə salınması gələn ilin martında gözlənilir.
Respublikanın idarələri tərəfindən göstəriləcək elektron xidmətlərin ümumi sayı 300 ədəd təşkil edəcək.
"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq.
X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.
İdarələrarası qarşılıqlı elektron fəaliyyət sistemi vətəndaşların bu və ya digər sənədləri dövlət idarələrinə (pasport qeydiyyatı şöbəsi, mənzil-kommunal təsərrüfat idarəsi və s.) getmədən almasını asanlaşdıracaq.
Baxış sayı: 1487
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı