Tarix:23/06/11
Onun sözlərinə görə, ikinci «Qaynar xətt» mətbuat xidmətində yaradılıb ki, bunun məqsədi vətəndaşların informasiya və telekommunikasiya xidmətlərində, o cümlədən poçt, radio və televiziya xidmətlərindən istifadə zamanı yarana biləcək hər hansı problem və nöqsanların vaxtında aradan qaldırılması, problemlərin həllinə dair operativ tədbirlərin həyata keçirilməsi, vətəndaşlarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında birbaşa ünsiyyətin yaradılmasıdır: «Sözügedən «Qaynar xətt»ə daxil olan zənglər barədə hər günün sonunda birbaşa olaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məruzə olunacaq».
M.Əmirov qeyd edib ki, vətəndaşlar «Qaynar xətt»ə zəng edib iradlarla yanaşı, həmçinin fikir və təkliflərini də bildirə bilərlər.
Qeyd edək ki, ikinci «Qaynar xətt»ə müraciət və təkliflər hər həftənin I günündən V gününədək saat 09:00-dan 18:00-dək 598-08-69 telefon nömrəsi ilə qəbul olunur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci "Qaynar Xətt" istifadəyə verib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə ikinci «Qaynar xətt»i istifadəyə verib. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.Onun sözlərinə görə, ikinci «Qaynar xətt» mətbuat xidmətində yaradılıb ki, bunun məqsədi vətəndaşların informasiya və telekommunikasiya xidmətlərində, o cümlədən poçt, radio və televiziya xidmətlərindən istifadə zamanı yarana biləcək hər hansı problem və nöqsanların vaxtında aradan qaldırılması, problemlərin həllinə dair operativ tədbirlərin həyata keçirilməsi, vətəndaşlarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında birbaşa ünsiyyətin yaradılmasıdır: «Sözügedən «Qaynar xətt»ə daxil olan zənglər barədə hər günün sonunda birbaşa olaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məruzə olunacaq».
M.Əmirov qeyd edib ki, vətəndaşlar «Qaynar xətt»ə zəng edib iradlarla yanaşı, həmçinin fikir və təkliflərini də bildirə bilərlər.
Qeyd edək ki, ikinci «Qaynar xətt»ə müraciət və təkliflər hər həftənin I günündən V gününədək saat 09:00-dan 18:00-dək 598-08-69 telefon nömrəsi ilə qəbul olunur.
Baxış sayı: 21702
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı