12px13px15px17px
Tarix:14/12/11

“Apple” şirkətinin təsis edilməsi haqqında müqaviləni 1,6 milyon dollara satıblar

“Apple” şirkətinin təsisedici sənədləri “Sotheby's” hərracında 1,6 milyon dollara satılıb.  Hərrac çərşənbə axşamı, dekabr ayının 13-də Nyu-Yorkda baş tutub.

“Lot”un son qiyməti ilkin qiymətdən 10 dəfə baha olub. Alıcı “Cisneros” korporasiyasının baş direktoru  Eduardo Sisneros olub.

Lot tərkibinə 1976-cı il aprel ayının 1-də “Apple Computer Company” şirkətinin yaradılması məqsədi ilə 21 yaşlı Stiv Cobs, 25 yaşlı Stiv Voznyak və 41 yaşlı Ronald Ueynom tərəfindən imzalanmış əməkdaşlıq haqqında razılaşma daxildir. Bu gün “Apple” şirkətinin rəsmi yaranma günü hesab edilir.

Ueyn  sazişin imzalanmasından 11 gün sonra şirkəti tərk edib. O, öz payını Cobs və Voznyaka 800 dollara satıb. “Apple” korporasiyasının cari kapitallaşdırmasına əsaslanaraq, Ueynin payı hal-hazırda 35 milyard dollar olacaqdı.




Baxış sayı: 1403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024