12px13px15px17px
Tarix:14/12/11

Naxçıvanda yeni rabitə obyekti istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında  rayon və kəndlərdə yeni elektron ATS-lər və poçt bölmələrinin istifadəyə verilməsi davam etdirilir. Yeni istifadəyə verilən Rabitə evlərindən biri də Şahbuz rayonunun Keçili kənd Rabitə evidir.

Rabitə evində 384 nömrəlik yeni elektron ATS quraşdırılmışdır. Hazırda bu ATS kənddə 273 abonentə xidmət göstərir. Poçt bölməsində isə məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək, kənd sakinlərinə bank xidməti də göstəriləcəkdir.

Məlumat üçün bildirək ki, cari ildə 70 poçt bölməsi avtomatlaşdırılmışdır. Ümumilikdə 2011-ci il ərzində 16 poçt bölməsi və 13 elektron ATS yeni binaya köçürülmüş, poçt bölmələrindən 8-i yeni açılmış, elektron ATS-lərdən isə 7-si yeni qurulmuşdur.
 




Baxış sayı: 1763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024