12px13px15px17px
Tarix:14/12/11

“Facebook” 2012-ci ilin mart ayına kimi mobil reklam platforması istifadəyə verəcək

“Facebook” sosial şəbəkəsi 2012-ci ilin mart ayına kimi tammiqyaslı mobil reklam platforması istifadəyə verməyi planlaşdırır.

Bu platforma vasitəsi ilə  dünyanın ən böyük sosial şəbəkəsi müxtəlif növ mobil telefon, smartfon və ya internet-planşet ilə “Facebook” şəbəkəsinə qoşulan istifadəçilər üçün  müxtəlif reklam formatlarının translyasiyasına başlamaq niyyətindədir.

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz qiymətli kağızlarını 2012-ci ilin ikinci rübündə Nyu-York birjasında yerləşdirmək niyyətindədir,- şirkətdən mənbələr bildirib. “Facebook” 100 milyard dollar dəyərində kapitallaşdırma qiyməti almağı və “İPO” gedişində investorlardan təxminən 10 milyard dollar cəlb etməyi planlaşdırır.

Sosial şəbəkənin cari ilin sonuna kimi yerləşdirməyə rəsmi sifariş verəcəyi gözlənilir.
Analitiklər qeyd ediblər ki, “İPO” gedişində 10 milyard dollar cəlb etmək cəhdi – bu, texnologiya şirkətləri tərəfindən açıq bazarda ən böyük vəsait cəlb etməsidir.

Cəlb edilmiş vəsait həcminin əvvəlki rekordu Almaniyanın  “İnfineon Technologies” şirkətinə aiddir; 1999-cu ildə 5,23 milyard dollar cəlb edə bilib.

Müstəqil ekspertlər “Facebook” kapitallaşdırma qiymətinin 100 milyard dollar dəyərində olmasını açıq-aşkar artırılmış adlandırırlar və real “İPO” anına kimi qiymətin 70-80 milyard dollara qədər aşağı salınacağını istisna etmirlər.Qeyd edək ki, hal-hazırda “Facebook” sosial şəbəkəsinin bazası təxminən 800 milyon istifadəçidən ibarətdir.




Baxış sayı: 1319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024