12px13px15px17px
Tarix:14/12/11

Gəncədə elektron kitabxanalar artıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Gəncə şəhər rabitəsinin NGN texnologiyası əsasında qurulması şəhərdə bütün sahələrin inkişafına  təsir edib.

Belə ki, şəhərdə informasiya və kommunikasiya texnologiyalarının müasir tələblərə cavab verməsi sakinlərin elektron xidmətlərə çıxış imkanlarını artırıb.

Hazırda Gəncənin elektron kitabxana sistemində kitabların sayı 10 mini keçib. Bu ilin  əvvəlində 6 minə yaxın kitab elektron kitabxanaya daxil edilmişdisə də, ilin sonuna bu rəqəm 4 min də artaraq, 10 minə çatdırılıb. Artıq kitabxanaya verilən bütün kitabların elektron forması hazırlanaraq bazaya yerləşdirilir.

Ölkənin ikinci şəhərinin sakinlərinin elektron kitabxanaya marağı artıb. Belə ki, il ərzində Gəncə şəhər Mərkəzi Kitabxanasından 61 minə yaxın oxucu istifadə edib. Gəncədə bir mərkəzi, bir uşaq və 23 kitabxana filialı oxuculara xidmət göstərir.
 




Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024