12px13px15px17px
Tarix:23/06/11

Online Lisenziyalaşdırma Mərkəzi yaradılır

Müəllif Hüquqları Agentliyinin (MHA) nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması üzrə Online Lisenziyalaşdırma Mərkəzinin yaradılması nəzərdə tutulub.
MHA sədri Kamran İmanov məlumat verib ki, layihə çərçivəsində hüquq-mühafizə orqanlarında əqli mülkiyyət hüquqlarının təminatı üzrə ixtisaslaşmış bölmələrin təşkili, agentliyin mütəxəssislərinin ixtisas biliklərinin artırılması, eləcə də hakimlərin ixtisaslaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və qanunvericilik aktlarının təkmilləşdirilməsi üçün təkliflər paketinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Tvinninq” layihəsinin icrası məqsədilə tenderin qalibi olmuş konsorsium və Müəllif Hüquqları Agentliyi (MHA) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək. Layihənin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi, piratçılığın səviyyəsinin azaldılması, bu sahədə MHA-nın potensialının artırılmasıdır.
Avropa Komissiyasının təmsilçiləri MHA-da Hüquqların Rəqəmli İdarəolunması (DRM) üzrə Online Lisenziyalaşdırma Mərkəzinin yaradılması üçün proqram təminatının əldə edilməsi, bu sistemdə işləyəcək xüsusi xidmət personalının hazırlığı ilə əlaqədar təlimlərin keçirilməsi istiqamətində yardım göstəriləcəyini bildiriblər.



Baxış sayı: 1070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024