12px13px15px17px
Tarix:16/12/11

“Wi-Fi” şəbəkəsi qurulacaq ilk metrostansiya

Tamamilə yenidən qurularaq bu günlərdə istifadəyə veriləcək keçmiş “Məşədi Əzizbəyov” yeni “Koroğlu”adlandırılacaq stansiya ən yeni texnologiyalarla təchiz edilib.

 Bakı Metropolitenindən verilən məlumata görə, metronun bütün stansiyalarından birinci olaraq burada simsiz internet – “Wi-Fi” şəbəkəsi qurulacaq. Hazırda bu istiqamətdə işlər gedir. Bu stansiya tam modern formada qurulur. İlk növbədə bu texnologiyanı burada sınaqdan keçirmək qərara alınıb.

  Stansiyada yüksəksürətli internetə giriş pulsuz olacaq. Yəni vətəndaşlar müvafiq cihazlarından istifadə etməklə metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.

 Bundan başqa stansiyada məlumat monitorları, informasiya köşkləri, gündəlik xəbərləri izləmək üçün elektron tablolar qurulacaq.Stansiyanın yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.




Baxış sayı: 1382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024