12px13px15px17px
Tarix:16/12/11

“ComScore”: “Bing” axtarış sistemi populyarlığa görə ABŞ-da “Yahoo”-nu ötür

“ComScore” şirkəti bu gün ABŞ-da internet-axtarış sistemləri bazarı üzrə son statistik məlumatları dərc edib. Dərc edilən məlumatlara əsasən, “Microsoft Bing” axtarış sistemi populyarlığa görə artıq “Yahoo” axtarış sisteminə çox sıx yaxınlaşıb və ABŞ-da ən yaxın vaxta ikinci yeri tutacaq.

Noyabr məlumatlarına əsasən, “Microsoft Bing” axtarış sistemi ABŞ-da 15% axtarış sorğusunu emal edib, 1 ay əvvəl şirkət 14,8% sorğu emal etmişdi.

“Bing” mühərrikində işləyən “Yahoo” noyabr ayında 15,1% sorğu emal edib. Noyabr ayının nəticəsinə görə “Google” şirkətinin bazar payı 0,2% azalaraq  65,4% təşkil edib.




Baxış sayı: 1814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024