12px13px15px17px
Tarix:16/12/11

“Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Bakıda internetə çıxış imkanı genişləndirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı hazırlıq tədbirlərini davam etdirir. Nazirlik Bakıda internetə çıxış imkanlarının daha da artırılması üçün müvafiq idarə, müəssisə və provayderlərə tapşırıqlar verib.

Belə ki, həyata keçiriləcək tədbirlər nəticəsində müsabiqə keçiriləcək kompleksdə hər istifadəçinin internetə qoşulma sürətinin 1 Mb/s sürət əldə etməsi şərtilə 4000 nəfərlik internet bağlantısının (3000 nəfərin “Wi-Fi” istifadə etməsi, 1000 nəfərin isə stasionar kompyuterdən istifadə etməsi nəzərə alınmaqla) təmin edilməsi, kompleksdə, mətbuat mərkəzində və digər otaqlarda tələbata uyğun internetin təşkilinin və qlobal internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə alternativliyinin və ehtiyatlılığının təmin edilməsi, şəhər mərkəzindəki ticarət mərkəzlərində, restoranlarda və s. “Wi-Fi” (genişzolaqlı kabelsiz internet) xidmətinin tətbiqinin təşviq edilməsi və  “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi kompleksdə yayım üçün 1 ədəd 8 mb/s-lik sürətə malik internet kanalının təşkili nəzərdə tutulub.
Qeyd edək ki, RİTN aparılan işlərin daha keyfiyyətli və dayanıqlığını təmin etmək məqsədilə alternativ rabitəni də tətbiq edir.   




Baxış sayı: 1429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024