12px13px15px17px
Tarix:16/12/11

“Microsoft” korporasiyası “So.cl” sosial şəbəkəsini istifadəyə verib

“Microsoft” korporasiyası “So.cl” sosial şəbəkəsinin test versiyasını istifadəyə verib.Qeyd edilir ki, “So.cl” – bu, veb, axtarış və sosial şəbəkə elementlərini birləşdirən təcrübi xidmətdir.

Xidmət, hər şeydən əvvəl tələbələr üçün nəzərdə tutulub: o, tələbələr üçün bir-biri ilə ünsiyyət saxlamaq və faydalı məlumatları bölüşmək imkanını yaradacaq. Digər sözlə, virtual sinif otağının formalaşması haqqında söhbət gedir.

“So.cl” səhifələrində videomateriallar, şəkillər, mətn mesajlarını və digər  elementlər yerləşdirmək olar. İstifadəçilər müxtəlif meyarlar üzrə axtarış edə bilərlər, həmçinin cəmiyyət də yarada bilərlər.

Hal-hazırda “So.cl” layihəsindən Vaşinqton universitetinin, Sirakuz Universitetinin və Nyu-York Universitetinin (ABŞ) tələbələri istifadə edə bilərlər. Gələcəkdə sistemdən digər təhsil müəssisələrinin tələbələri də istifadə edə biləcəklər.




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024