Tarix:11/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, vəsaitlərin 180 şirkət arasında bölüşdürülməsi ilə bağlı qərar komissiya tərəfindən keçirilən hərracın birinci mərhələsinin nəticələri üzrə qəbul edilib. Hərracın ümumi məbləği 9,2 milyard dollar təşkil edib. “SpaceX” şirkətindən daha çox vəsaiti “Charter” (1,22 milyard dollar), “LTD Broadband” (1,32 milyard dollar) və “Rural Electric Cooperate Consortium” (1,1 milyard dollar) cəlb edib.
Məlumata görə, hərracın qalibləri üçün növbəti on il ərzində “FСС” fondu tərəfindən investisiyalar ayrılacaq. Onlar kənd yerlərində hazırda internetə qoşulmayan ABŞ-ın 5,2 milyondan çox ev təsərrüfatı və müəssisəsini yüksəksürətli internetlə təmin edəcəklər. Daxil olan sürət 100 Mbit/saniyə, çıxan 20 Mbit/saniyə olmalıdır.
“SpaceX” şirkəti komissiyanın vəsaitlərindən istifadə üçün bir sıra şərtləri yerinə yetirəcək. Məsələn, İlon Maskın şirkəti qiymətləri yerüstü genişzolaqlı qoşulma ilə uyğunluq təşkil edən peyk internet xidmətləri göstərə biləcəyini sübut etməlidir.
Qeyd edək ki, “Starlink” Yer kürəsini yüksəksürətli və giqabitlik internet ilə əhatə etməyə, eləcə də planetin ən ucqar guşələrini internetə çıxışla təmin etməyə imkan verən mikropeyklər sisteminin yaradılması və istismarı üzrə “SpaceX” layihəsidir.
Nizam Nuriyev
“SpaceX” şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb
Milyarder İlon Maska məxsus “SpaceX” aerokosmik şirkətinə ABŞ-ın kənd yerlərinin genişzolaqlı internet çıxışı ilə təmini üçün dövlət tərəfindən 885,5 milyon dollar məbləğində maliyyə dəstəyi göstəriləcək. “Starlink” qlobal peyk internet layihəsinin inkişafı üçün subsidiyaların ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən ayrılması nəzərdə tutulur.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, vəsaitlərin 180 şirkət arasında bölüşdürülməsi ilə bağlı qərar komissiya tərəfindən keçirilən hərracın birinci mərhələsinin nəticələri üzrə qəbul edilib. Hərracın ümumi məbləği 9,2 milyard dollar təşkil edib. “SpaceX” şirkətindən daha çox vəsaiti “Charter” (1,22 milyard dollar), “LTD Broadband” (1,32 milyard dollar) və “Rural Electric Cooperate Consortium” (1,1 milyard dollar) cəlb edib.
Məlumata görə, hərracın qalibləri üçün növbəti on il ərzində “FСС” fondu tərəfindən investisiyalar ayrılacaq. Onlar kənd yerlərində hazırda internetə qoşulmayan ABŞ-ın 5,2 milyondan çox ev təsərrüfatı və müəssisəsini yüksəksürətli internetlə təmin edəcəklər. Daxil olan sürət 100 Mbit/saniyə, çıxan 20 Mbit/saniyə olmalıdır.
“SpaceX” şirkəti komissiyanın vəsaitlərindən istifadə üçün bir sıra şərtləri yerinə yetirəcək. Məsələn, İlon Maskın şirkəti qiymətləri yerüstü genişzolaqlı qoşulma ilə uyğunluq təşkil edən peyk internet xidmətləri göstərə biləcəyini sübut etməlidir.
Qeyd edək ki, “Starlink” Yer kürəsini yüksəksürətli və giqabitlik internet ilə əhatə etməyə, eləcə də planetin ən ucqar guşələrini internetə çıxışla təmin etməyə imkan verən mikropeyklər sisteminin yaradılması və istismarı üzrə “SpaceX” layihəsidir.
Nizam Nuriyev
Baxış sayı: 53616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib