Tarix:12/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, bu ilin üçüncü rübündə dünyada smartfonların tədarük həcmi 366 milyon qurğu təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az olsa da, əvvəlki rübdən 32 faiz çoxdur.
Hesabat dövründə ən çox (22 faiz) smartfon tədarük edən “Samsung” şirkəti olub. Sonrakı pillələrdə “Huawei + Honor” (14 faiz), “Xiaomi” (13 faiz), “Apple” (11 faiz), “OPPO” (8 faiz) və “Vivo” (8 faiz) qərarlaşıb. Cənubi Koreya nəhənginin tədarük həcmi 80,4 milyon qurğu təşkil edib. Bu, şirkətin son üç ildə ən böyük göstəricisi hesab olunur.
Analitiklərin sözlərinə görə, üçüncü rübdə “Apple” şirkətinin payı yeni “iPhone” smartfonlarının buraxılışının təxirə salınması səbəbindən nisbətən az olub.
Müxtəlif regionlar üzrə statistikaya nəzər saldıqda “Samsung” Asiya və Şimali Amerika istisna olmaqla bütün bazarlarda birinci yeri tutub. Asiyada lider “Huaweı” şirkətidir, Şimali Amerikada isə “Apple” smartfonları daha populyardır.
Nizam Nuriyev
Üçüncü rübdə ən populyar smartfon brendləri məlum olub
“Counterpoint Research” tədqiqat şirkəti 2020-ci ilin üçüncü rübü üçün qlobal bazar və müxtəlif regionlarda smartfonların tədarükü üzrə hesabat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, bu ilin üçüncü rübündə dünyada smartfonların tədarük həcmi 366 milyon qurğu təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az olsa da, əvvəlki rübdən 32 faiz çoxdur.
Hesabat dövründə ən çox (22 faiz) smartfon tədarük edən “Samsung” şirkəti olub. Sonrakı pillələrdə “Huawei + Honor” (14 faiz), “Xiaomi” (13 faiz), “Apple” (11 faiz), “OPPO” (8 faiz) və “Vivo” (8 faiz) qərarlaşıb. Cənubi Koreya nəhənginin tədarük həcmi 80,4 milyon qurğu təşkil edib. Bu, şirkətin son üç ildə ən böyük göstəricisi hesab olunur.
Analitiklərin sözlərinə görə, üçüncü rübdə “Apple” şirkətinin payı yeni “iPhone” smartfonlarının buraxılışının təxirə salınması səbəbindən nisbətən az olub.
Müxtəlif regionlar üzrə statistikaya nəzər saldıqda “Samsung” Asiya və Şimali Amerika istisna olmaqla bütün bazarlarda birinci yeri tutub. Asiyada lider “Huaweı” şirkətidir, Şimali Amerikada isə “Apple” smartfonları daha populyardır.
Nizam Nuriyev
Baxış sayı: 39753
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır