12px13px15px17px
Tarix:15/12/20

“Google” onun xidmətlərindən uzun müddət istifadə etməyən istifadəçilərin hesablarını silməyə başlayacaq

Bir müddət əvvəl “Google” şirkəti “Google Photos” xidmətində yerləşdirilmiş şəkillər üçün məhdudiyyətsiz bulud saxlanc sisteminin təqdim edilməsi siyasətindən imtina etmişdi. Yenilik 2021-ci ilin yayından tətbiq ediləcək. Bundan başqa, 2021-ci ilin yayından şirkət 2 ildən çox istifadə edilməyən “Gmail”, “Google Drive” və ya “Google Photos” hesablarının silinməsi qaydasını tətbiq edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hesabınızın silinməməsi üçün vaxtaşırı ondan istifadə etmək lazımdır. Bu halda istifadəçi onun hesabı üçün ayrılmış 15 QB-lıq limit həddini keçərsə və 2 il müddətində əlavə disk sahəsi üçün ödəniş etməsə, axtarış nəhəngi yuxarıda göstərilən xidmətlərdəki məzmunu silmək hüququna malik olacaq.
 
Qeyd etmək lazımdır ki, şirkət hesabı silməzdən öncə onun sahibinə öz niyyəti haqqında bildirəcək. Xəbərdarlıq elektron poçta məktub şəklində göndəriləcək.
 
Emil Hüseynov




Baxış sayı: 47165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024