12px13px15px17px
Tarix:24/12/20

“AzDataCom” internet provayderi ön ödəmə sisteminə keçir

"COVID-19" pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məktəb və universitetlər distant təhsilə keçib, iş yerlərinin əksəriyyəti onlayn fəaliyyət göstərir. Bu da öz növbəsində internet xidmətlərinə olan tələbatı kəskin artırıb.

Həmçinin infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin edilməsi zərurətini yaradıb. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

NRYTN-in Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "AzDataCom" provayderi ölkəmizin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet (ADSL) xidmətləri göstərir.

"Azdatacom" şəbəkəsi 1 yanvar 2021-ci il tarixindən "öncədən ödəmə" sisteminə keçid edir. Bundan sonra abonentin istifadə edəcəyi internet haqqı "gündəlik hesablaşma" prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

İstifadəçilər aylıq abunə haqqını "smartpay.az" saytı üzərindən, "Azərpoçt" MMC-nin filiallarında, həmçinin ödəmə terminalları vasitəsilə ödəyə bilərlər. Daha ətraflı məlumat üçün "157" zəng mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki, "Azdatacom" şəbəkəsi müştəri məmnuniyyətini artırmaq məqsədilə istifadəçi maraqlarını nəzərə alıb mütəmadi olaraq təkmilləşdirilir. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq istifadəçilərə evdən çıxmadan onlayn ödəniş etmək imkanı yaradılıb. Bu linkə daxil olmaqla "öncədən ödəniş" edib aylıq internet paketi almaq mümkündür.




Baxış sayı: 57074

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Dekabr 2024

10 12 2024