12px13px15px17px
Tarix:25/12/20

2021-ci ildə smartfonlar bazarının 40%-ni “5G” modellər təşkil edəcək

Tayvanın “Market Intelligence & Consulting Institute” (MIC) Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən smartfonların sürətlə populyarlaşacağını proqnozlaşdırıblar. 2021-ci ildə qlobal smartfonlar bazarında “5G” modellərin payı 40% təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, cari il dünyada tədarük edilmiş “5G” smartfonların sayı təxminən 228 milyon təşkil edəcək. Bunu nəzərə alaraq qlobal bazarda “5G” qurğuların bazar payı təxminən 18% olacaq.
 
2021-ci ildə 2 dəfədən çox artım gözlənilir: “5G” smartfonların tədarük həcmi 539 milyonadək artacaq, bazar payı isə 39,8%-dək yaxınlaşacaq.
 
2022-ci ildə “5G” smartfon çeşidinin genişlənməsi fonunda onların sayı 800 milyona yaxınlaşacaq, bazar payı isə 50%-i ötəcək.
 
Emil Hüseynov



Baxış sayı: 41400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Dekabr 2024

25 12 2024