12px13px15px17px
Tarix:28/12/20

Yeni ildən “WhatsApp” bir sıra köhnə smartfonlarda işləməyəcək

2021-ci il yanvarın 1-dən etibarən “WhatsApp” messencerinin bir sıra köhnə smartfon modellərində işləməsi dayandırılacaq. Bu barədə “Mirror” nəşrinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “iOS 8” və “Android 4.0.3” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri messencerdən istifadə imkanından məhrum olacaqlar.
 
Bu o deməkdir ki, “WhatsApp” messenceri “iPhone 4” və daha köhnə modellərdə işləməyəcək. Messencerin yenidən işləməsi üçün “iPhone 4S” modelindən başlayaraq “iOS” sistemli digər qurğularda əməliyyat sistemini yeniləmək tələb olunacaq.  
Sistemi yeniləməyən “Android” smartfonlarının sahibləri də messencerdən istifadə edə bilməyəcəklər.
 
Qurğunu digəri ilə əvəzlədikdə isə yazışmaların tarixçəsini saxlamaq üçün bildirişlərin ehtiyat surətini çıxarmaq lazımdır.
 
Nizam Nuriyev




Baxış sayı: 15110

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2021

21 09 2021