12px13px15px17px
Tarix:28/12/20

Çində təxminən 580 min “5G” baza stansiyası tikilib

Çinin Sənaye və İnformatika Nazirliyinin məlumatına görə, Çin 2020-ci ilin əvvəlindən təxminən 580 min “5G” baza stansiyası qurub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, hazırda bir çox şəhərlər “5G” şəbəkəsi ilə əhatə edilib, –  nazirliyin rəsmi nümayəndəsi Ven Ku deyib. Bu ilin əvvəlindən Çin “5G” şəbəkələrinin əhatə dairəsini genişləndirərək onların inkişafını sürətləndirib.
 
Cari ilin ilk yarısında ölkədə “5G” dəstəkli mobil telefonların tədarükü 144 milyona yaxınlaşıb və 199 belə yeni mobil telefon modeli bazara təqdim edilib.
 
Ven Ku Sənaye və İnformasiya Nazirliyinin “5G” texnologiyasının emaledici sənaye, enerji və nəqliyyat kimi sahələrdə istifadəsini təşviq edərək yüksək keyfiyyətli “5G” şəbəkələri və məlumatların işlənməsi mərkəzləri qurmağa davam edəcəyini söyləyib.
 
Emil Hüseynov



Baxış sayı: 41671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Dekabr 2024

25 12 2024