12px13px15px17px
Tarix:20/12/11

Regional onlayn-sistem yaradılır

"Ultra" şirkəti Azərbaycanın iki nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqini başa çatdırıb. Bu barədə şirkətdən məlumat verilib.

Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi nazirliklərin respublikanın bütün ərazisində yerləşən struktur bölmələrinə Bakıda nazirliklərin baş idarələrində yerləşən məlumatların işlənməsi mərkəzinə birləşməyə imkan verəcək. Bu onlara real vaxt rejimində bir-biri ilə qarşılıqlı fəaliyyətdə olmağa imkan verəcək.

Sistemin instalyasiyası üzrə işlər ölkənin Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərində aparılır və bu gün işlərin demək olar 90 faizi artıq başa çatıb.

İdarələrin kağız kargüzarlığının, kadr və maliyyə uçotunun elektron formata tam keçidi 2012-ci ilin yanvarında gözlənilir.

İdarələrdə sənədlərin operativ hazırlanması və məqsədli ünvan sahiblərinə göndərilməsinə imkan verən Megapolis DocNet platforması tətbiq edilir ki, bu da insan resurslarından və kağız daşıyıcılardan istifadənin səviyyəsini azaltmağa imkan verir.

Artıq Ultra şirkəti tərəfindən elektron sənəd dövriyyəsi sistemi İqtisadi İnkişaf və Maliyyə nazirliklərində və Heydər Əliyev Fondunda tətbiq edilib.




Baxış sayı: 1243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024