Tarix:21/12/11
Onun sözlərinə görə, artıq ölkədə mədəniyyət və turizm sahəsi üzrə bir çox elektron xidmətlərin qurulması üçün işlərə başlanılıb.
Əliyev bildirib ki, artıq Azərbaycanın turizm marşrutu, abidələri, görməli yerləri və s. haqqında məlumatları internet vasitəsilə əldə etmək olar.
Bununla yanaşı, "Azərbaycan Respublikasında kitabxana-informasiya sisteminin inkişafı üzrə" Dövlət Proqramı çərçivəsində respublikadakı kitabxanaların tam elektron xidmətə keçidi üçün işlər aparılır. Bu məqsədlə kitabxanalarda elektron kataloqlar, kitab bazaları yaradılır.
Nazir müavini bildirib ki, artıq hər bir kəs istənilən vaxt Mədəniyyət və Turizm Nazirliyinin veb-saytına daxil olaraq, öz fikirlərini bildirə, eyni zamanda, suallarına cavab ala bilər.
O, əlavə edib ki, bu gün respublikaya qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır.
"Turizm geniş sahədir. Məsələn, yol çəkilirsə, kino, teatr tikilərsə, bu da turizmlə bağlıdır. Çünki gələn turist kinoya, teatra gedir, ona yol, rabitə lazımdır. Gözəl rabitə sisteminin yaradılması da turizmə xidmət edir. Bu baxımdan, turizm sahəsinə növbəti il ərzində qoyulacaq investisiyanın məbləğini demək çox çətindir", - nazir müavini əlavə edib.
Azərbaycanda mədəniyyət və turizm sahəsi üzrə yeni elektron xidmətlər tətbiq ediləcək
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bir çox elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Bunu mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.Onun sözlərinə görə, artıq ölkədə mədəniyyət və turizm sahəsi üzrə bir çox elektron xidmətlərin qurulması üçün işlərə başlanılıb.
Əliyev bildirib ki, artıq Azərbaycanın turizm marşrutu, abidələri, görməli yerləri və s. haqqında məlumatları internet vasitəsilə əldə etmək olar.
Bununla yanaşı, "Azərbaycan Respublikasında kitabxana-informasiya sisteminin inkişafı üzrə" Dövlət Proqramı çərçivəsində respublikadakı kitabxanaların tam elektron xidmətə keçidi üçün işlər aparılır. Bu məqsədlə kitabxanalarda elektron kataloqlar, kitab bazaları yaradılır.
Nazir müavini bildirib ki, artıq hər bir kəs istənilən vaxt Mədəniyyət və Turizm Nazirliyinin veb-saytına daxil olaraq, öz fikirlərini bildirə, eyni zamanda, suallarına cavab ala bilər.
O, əlavə edib ki, bu gün respublikaya qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır.
"Turizm geniş sahədir. Məsələn, yol çəkilirsə, kino, teatr tikilərsə, bu da turizmlə bağlıdır. Çünki gələn turist kinoya, teatra gedir, ona yol, rabitə lazımdır. Gözəl rabitə sisteminin yaradılması da turizmə xidmət edir. Bu baxımdan, turizm sahəsinə növbəti il ərzində qoyulacaq investisiyanın məbləğini demək çox çətindir", - nazir müavini əlavə edib.
Baxış sayı: 1240
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib