12px13px15px17px
Tarix:21/12/11

Nokia Azərbaycanın xəritəsini öz telefonlarında yerləşdirəcək

Azərbaycandakı Nokia proqram əlavələri mağazasından (OVI Store) yüklənmələrin sayı həftədə təxminən 100 min təşkil edir. Bu barədə Azərbaycanın texnika və texnologiyalar haqqında InfoCity jurnalına müsahibəsində Nokia-nın MDB-nin cənub ölkələri üzrə baş meneceri Karel Qolub deyib.

Onun sözlərinə görə, yüklənmələrin ümumi sayı artıq 1,2 milyonu ötüb. Azərbaycan regionda Nokia-nın mövqelərinin güclü olduğu Qazaxıstandan sonra nisbətən daha iri bazardır.

Nokia şirkəti artıq Symbian bazası üzrə əlavələr yaradaraq onları onlayn proqram mağazasında dərc edən azərbaycanlı istehsalçılarla işləyir.

Windows Phone platformasına gəldikdə, MDB-nin cənub ölkələrində, o cümlədən Azərbaycanda bu platformanın bazasında Nokia Lumia smartfonları 2012-ci ildə meydana çıxacaq.

Qolubun sözlərinə görə, bununla yanaşı, yaxın vaxtlarda Nokia şirkəti Azərbaycan üçün Nokia xəritələrini buraxmağı planlaşdırır.
 




Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024