12px13px15px17px
Tarix:21/12/11

Daha bir nazirlik xidmətləri elektronlaşdırır

Mədəniyyət və Turizm Nazirliyi bir çox elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Bu açıqlamanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib. Onun sözlərinə görə, artıq ölkədə mədəniyyət və turizm sahəsi üzrə bir çox elektron xidmətlərin qurulması üçün işlərə başlanılıb.

Əliyev bildirib ki, artıq Azərbaycanın turizm marşrutu, abidələri, görməli yerləri və s. haqqında məlumatları internet vasitəsilə əldə etmək olar.

Bununla yanaşı, "Azərbaycan Respublikasında kitabxana-informasiya sisteminin inkişafı üzrə" Dövlət Proqramı çərçivəsində respublikadakı kitabxanaların tam elektron xidmətə keçidi üçün işlər aparılır. Bu məqsədlə kitabxanalarda elektron kataloqlar, kitab bazaları yaradılır.

 Nazir müavini bildirib ki, artıq hər bir kəs istənilən vaxt Mədəniyyət və Turizm Nazirliyinin veb-saytına daxil olaraq, öz fikirlərini bildirə, eyni zamanda, suallarına cavab ala bilər.

O əlavə edib ki, bu gün respublikaya qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır."Turizm geniş sahədir. Məsələn, yol çəkilirsə, kino, teatr tikilərsə, bu da turizmlə bağlıdır.

Çünki gələn turist kinoya, teatra gedir, ona yol, rabitə lazımdır. Gözəl rabitə sisteminin yaradılması da turizmə xidmət edir. Bu baxımdan, turizm sahəsinə növbəti il ərzində qoyulacaq investisiyanın məbləğini demək çox çətindir", - nazir müavini əlavə edib.




Baxış sayı: 1341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024