12px13px15px17px
Tarix:22/12/11

Regionlarda rabitə sistemi daha da müasirləşdirilir

“Aztelekom”İB  vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün kompleks tədbirlərə başlayıb. Birliyin baş direktoru Məhəmməd Məmmədov “ictnews.az”-a açıqlamasında bildirdi ki, burada söhbət müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə yanaşı, inzibati binaların estetik vəziyyətə gətirilməsi, abunə şöbələrinin müasirləşdirilməsinə qədər işlərdən gedir.

”Birlik bütün ölkə üzrə yaşayış məntəqələrini elektron stansiyalarla təmin etməklə müasir rabitə sistemi yaradıb.”


  Baş direktor bildirdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Tovuz, Ucar,Ağstafa, Qusar, Quba və Şabran telekommunikasiya qovşaqlarının inzibati binalarında əsaslı təmir işləri aparılmış və binalar müasir üslubda yenidən qurularaq istifadəyə verilib.

Onun  sözlərinə görə, digər rayonlarda və bölgələrdə uyğun tədbirlər davam edir.





Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024