Tarix:23/12/11
“Bu layihənin həyata keçirilməsi ilə ucqar rayonda müasir informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi ilə yanaşı, “Azərpoçt”MMC-nin bu rayonda maliyyə xidmətlərinin inkişafı layihəsinin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaranıb. Artıq rayon mərkəzi və kəndlərin yüksəksürətli internetə qoşulmasında problem yoxdur ” .
Bundan başqa Şəmkirdən Gədəbəy istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da kəndlərin daha sürətli, daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi deməkdir.
Birlik tərəfindən Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.
Xatırladaq ki, Avropadan Uzaq Şərqə qədər ərazini əhatə edən TAE layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
Gədəbəy rabitəsi TAE xəttinə qoşuldu
“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənməkdə davam edir. “Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, Gədəbəy rabitəsinin Şəmkir istiqamətində TAE xəttinə birləşdirilməsi başa çatıb.“Bu layihənin həyata keçirilməsi ilə ucqar rayonda müasir informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi ilə yanaşı, “Azərpoçt”MMC-nin bu rayonda maliyyə xidmətlərinin inkişafı layihəsinin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaranıb. Artıq rayon mərkəzi və kəndlərin yüksəksürətli internetə qoşulmasında problem yoxdur ” .
Bundan başqa Şəmkirdən Gədəbəy istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da kəndlərin daha sürətli, daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi deməkdir.
Birlik tərəfindən Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.
Xatırladaq ki, Avropadan Uzaq Şərqə qədər ərazini əhatə edən TAE layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
Baxış sayı: 1500
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı