Tarix:24/12/11
Gələn ilin may ayında Azərbaycanda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində yeni multimedia taksofonları quraşdırılacaq.
Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov bildirib.
Onun sözlərinə görə, «Eurovision» müsabiqəsi ilə bağlı nazirliyin müvafiq tədbirlər planı mövcuddur ki, bu plana uyğun olaraq hazırda işlər həyata keçirilir: «Biz müsabiqənin keçiriləcəyi yeri alternativ sürətli internetlə təmin edəcəyik. Artıq 3 istiqamətdə - müxtəlif variantlarda kabel çəkilib, avadanlıqlar sifariş olunub».
B.Hüseynov onu da bildirib ki, Bakı şəhərində yeni multimedia taksofonları quraşdırılacaq, şəhərdə mövcud olan bütün taksofonlar yenilənəcək: «Gələn ilin yanvar ayınadək bu məsələnin həll olunacağı gözlənilir. Artıq Bakıda mövcud olan 1 200-ə yaxın taksofonun 150-si dəyişdirilib».
Bakıda multimedia taksofonları qurulacaq

Baxış sayı: 1046
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı