Tarix:24/12/11
“Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, Yardımlı rabitəsi Nasall istiqamətində 56 kilometr məsafədə xətt çəkilməklə Bakı-Astara TAE xəttinə qoşulub.
”Bu layihənin həyata keçirilməsi ilə ucqar rayonda müasir informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi ilə yanaşı, “Azərpoçt”MMC-nin bu rayonda maliyyə xidmətlərinin inkişafı layihəsinin uğurla həyata keçirilməsi təmin edildi ” .
Birlik tərəfindən Daşkəsən və Neftçala rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.
Xatırladaq ki, TAE layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının 1-də TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
Daha bir rayon rabitəsi TAE xəttinə qoşuldu
“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Yardımlı rabitəsi də bu seqmentə qoşulub.“Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, Yardımlı rabitəsi Nasall istiqamətində 56 kilometr məsafədə xətt çəkilməklə Bakı-Astara TAE xəttinə qoşulub.
”Bu layihənin həyata keçirilməsi ilə ucqar rayonda müasir informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi ilə yanaşı, “Azərpoçt”MMC-nin bu rayonda maliyyə xidmətlərinin inkişafı layihəsinin uğurla həyata keçirilməsi təmin edildi ” .
Birlik tərəfindən Daşkəsən və Neftçala rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.
Xatırladaq ki, TAE layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının 1-də TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
Baxış sayı: 1512
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı