12px13px15px17px
Tarix:28/12/11

“Google”-un sosial şəbəkəsi genişlənir

“Google+” sosial şəbəkəsinin auditoriyası bu yaxınlarda 62 milyonu ötüb.Bu barədə “Google+”-ın qeyri-rəsmi statistiki Pol Allensosil şəbəkədəki hesabında bildirib.

Onun sözlərinə əsasən, “Google+” auditoriyasının artımı sürətlənir. Hazırda sosial şəbəkə istifadəçilərinin sayı gün ərzində 625 min insan artır.

2011-ci il 13 iyul tarixində olan məlumata əsasən, “Google+” şəbəkəsinin auditoriyası cəmi 10 milyon insan təşkil edib, cari ilin noyabr ayının əvvəlində onların sayı 43 milyon, dekabr ayının əvvəlində isə 50 milyon təşkil edib.

Allen proqnozlaşdırır ki, gələn ilin fevral ayına “Google+” şəbəkəsinin auditoriyası 85 milyon, 2012-ci ilin sonuna isə 400 milyon insan təşkil edəcək.




Baxış sayı: 1158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024