12px13px15px17px
Tarix:29/12/11

İnternet-axtarış sistemləri hələ ki sosial şəbəkələrdən daha populyardır

“Nielsen” monitorinq şirkəti bu gün "2011-ci ilin ən əhəmiyyətli internet istiqamətləri" haqqında hesabat dərc edib. “Nielsen” şirkətinin məlumatına əsasən, 2011-ci ildə internet-axtarış qlobal şəbəkə istifadəçilərinin əksəriyyəti üçün ən əhəmiyyətli olaraq qalıb, lakin 1 il ərzində sosial şəbəkələrin əhəmiyyəti internetdə xeyli artıb və hal-hazırda onlar axtarış sistemlərinə çox az uduzurlar.

Artıq başa çatmaqda olan 2011-ci ildə “Google” qlobal şəbəkə istifadəçilərinin əksəriyyətinin ən əhəmiyyətli "internet istiqaməti" olaraq qalmağa davam edib. Bu axtarış mühərriki hər ay orta hesabla 153,4 milyon unikal istifadəçiyə xidmət edib.

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”-un payına orta hesabla 137,6 milyon aylıq unikal ziyarətçi düşüb.

“Yahoo” internet şirkəti 130,1 milyon aylıq ziyarətçi ilə üçüncü yerdə, “Microsoft” isə 116 milyon ziyarətçi ilə dördüncü yerdədir.




Baxış sayı: 1398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024