12px13px15px17px
Tarix:29/12/11

“BlackBerry” platformasında yeni smartfon

“Research In Motion” (RIM) şirkəti “BlackBerry OS 7” proqram platformasında işləyən “BlackBerry Porsche Design P9981” smartfonunun satışlarına başlayıb.

Aparatın korpusunun işlənməsində paslanmayan poladdan istifadə olunub.Yuxarı hissədə “Porsche” ("lyuks" sinifli idman avtomobilləri istehsalçısı) şirkətinin adı yazılıb.

Smartfon texniki olaraq “BlackBerry Bold 9900” əsasında qurulub. 2.8 düym diaqonala malik sensor ekran 640×480 nöqtə kəskinliyinə malikdir; ekranın altında “QWERTY” düzülüşünə malik klaviatura yerləşdirilib.

Aparatın əsasını 1.2 QHz takt tezliyi ilə işləyən prosessor təşkil edir. Əməli yaddaş tutumu 768 MB təşkil edir; inteqrasiya edilmiş fləş daşıyıcının tutumu 8 QB-dır (MicroSD kartları dəstəklənir).

Smartfon 5 meqapikselli kameraya, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” modullarına, “GPS” qəbuledicisinə, rəqəmli kompasa, “NFC” mikroçipinə malikdir.“BlackBerry Porsche Design P9981” smartfonunun qiyməti təxminən 2000 dollar təşkil edir.




Baxış sayı: 1920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024