12px13px15px17px
Tarix:30/12/11

Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının növbəti iclası olmuşdur

Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir.

Bakı, 29 deklabr (AzərTAc). Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, Problem Şurasının sədri, akademik İsmayıl İbrahimov gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir.

İclasda kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının adının dəyişdirilərək kibernetika və informasiya texnologiyaları üzrə Problem Şurası adlandırılması, texnika elmlərinə aid olan məsələlərin isə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) müvafiq problem şuralarında baxılması və həlli məsələləri müzakirə olunmuş və şuranın qərarı ilə təsdiq edilmişdir.

İclasda, həmçinin Problem Şurasının 2011-ci ildə gördüyü işlər haqqında hesabat verilmiş və alınan nəticələr haqqında RETTƏŞ-ə məlumatın verilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Problem Şurasının bu müddətdə əldə etdiyi nailiyyətlər və gördüyü işlərin kitab şəkilində nəşr olunması qərara alınmışdır.

Problem Şurasının iclasında 2011-ci ildə AMEA Kibernetika və İnformasiya Texnologiyaları institutlarının dissertanturası və doktoranturasına (fəlsəfə doktoru hazırlığı üzrə) qəbulun nəticələri və 2012-ci ildə görüləcək işlər müzakirə olunaraq təsdiq edilmişdir.




Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024