Tarix:30/12/11
Söhbət kamera ilə təchiz edilmiş portativ qurğular üçün üzlərin tanınması sistemindən gedir. Güman edilir ki, qurğular istifadəçilərin olub-olmamasından asılı olaraq, displeyi söndürə və ya yandıra biləcəklər.
Bundan əlavə, sistem şəxsi üzə görə müəyyən etməyə imkan verəcək.
Patent ərizəsi 2010-cu ilin iyun ayında verilib. Sistemin gələcəkdə noutbuk, planşet kompyuterləri və smartfonlarda tətbiq ediləcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemində artıq oxşar funksiya reallaşdırılıb: “Face Unlock” aləti ön kameraya gülümsədikdə smartfon və ya planşeti blokdan çıxarmağa imkan verir. Beləliklə, “Apple” şirkəti patenti almaqla smartfon istehsalçılarına qarşı yeni məhkəmə iddiaları verə biləcək.
“Apple” şirkəti portativ qurğular üçün üzlərin tanınması sistemini patentləşdirib
ABŞ Patent və ticarət markaları idarəsinin (USPTO) saytında “Apple” şirkəti tərəfindən verilmiş növbəti patent ərizəsi aşkar olunub.Söhbət kamera ilə təchiz edilmiş portativ qurğular üçün üzlərin tanınması sistemindən gedir. Güman edilir ki, qurğular istifadəçilərin olub-olmamasından asılı olaraq, displeyi söndürə və ya yandıra biləcəklər.
Bundan əlavə, sistem şəxsi üzə görə müəyyən etməyə imkan verəcək.
Patent ərizəsi 2010-cu ilin iyun ayında verilib. Sistemin gələcəkdə noutbuk, planşet kompyuterləri və smartfonlarda tətbiq ediləcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemində artıq oxşar funksiya reallaşdırılıb: “Face Unlock” aləti ön kameraya gülümsədikdə smartfon və ya planşeti blokdan çıxarmağa imkan verir. Beləliklə, “Apple” şirkəti patenti almaqla smartfon istehsalçılarına qarşı yeni məhkəmə iddiaları verə biləcək.
Baxış sayı: 759
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır