12px13px15px17px
Tarix:05/01/12

Avtobus biletlərinin də satışı onlayn həyata keçiriləcək

Azərbaycanda dəmiryol biletlərinin onlayn satışı uğurlu nəticələndiyindən Nəqliyyat Nazirliyi avtobus biletlərinin də bu yolla satışını təşkil etmək istəyir. Nəqliyyat Nazirliyindən bildiriblər ki, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

"Nəqliyyatın intellektual idarə edilməsi sisteminin birinci mərhələsinin həyata keçirilməsində əldə olunan uğurlu nəticənin ardı olaraq növbəti mərhələlərin həyata keçirilməsi və gələcəkdə regionların bu sistemə qoşulması yeni sistemi labüd edir"- məlumatda bildirilir.

"Azərbaycan Dəmir Yolları" QSC hələlik vətəndaşların bu xidmətdən o qədər də yararlanmadığını bildirsə də, burada vətəndaşların mənzillərində kompyuterlərin və digər avadanlıqların olmaması əsas amil kimi önə çəkilir. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov açıqlamasında bunun texniki amillərlə heç bir əlaqəsi olmadığını demişdir.

Qeyd etdiyimiz kimi, Nəqliyyat Nazirliyi avtobus biletlərinin internet üzərindən satışının təşkilini tətbiq etməklə daha bir yeniliyə imza atmış olacaq.

 Xatırladaq ki, gələcək planlarda lokal sistemlərin Rusiya şəbəkəsinə qoşulması daxildir ki, bu da sərnişinlərə Rusiya daxili nəqliyyatına bilet almağa imkan verir.

Eyni zamanda QSC-nin internet resursu vasitəsilə biletlərin onlayn rejimdə qabaqcadan ayrılması imkanı da nəzərdən keçirilir.




Baxış sayı: 1564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024