12px13px15px17px
Tarix:05/01/12

Dünyanın ən ucuz planşeti daha da ucuzlaşa bilər

Dünyanın ən ucuz “Aakash” planşetinin qiyməti 35 dollara və hətta 10 dollaradək enə bilər. Planşet istehsalçısı “Datawind” şirkətinin nümayəndələri şirkətin satışa başladıqdan 2 ay sonra tədarüklərin öhdəsindən gələ bilməməsinə baxmayaraq belə düşünürlər.

Qeyd etmək lazımdır ki, “dünyanın ən ucuz planşeti” adlandırılan “Aakash “geniş əhali kütləsi üçün” nəzərdə tutulmaqla Hindistan hökumətinin sifarişinə əsasən hazırlanıb. Planşetin ərsəyə gətirilməsində əsas məqsəd ondan Hindistan ali məktəb tələbələrinin yararlana bilməsidir.

Qurğu “Android 2.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və 7 düymlük ekranla təchiz edilib. Planşetin quraşdırılmış yaddaşı 2 giqabayt, operativ yaddaşı isə 256 meqabayt təşkil edir.

Bundan başqa, qurğu “Wi-Fi” protokolunu dəstəkləməklə iki USB interfeysə malikdir və mediapleyer funksiyasını yerinə yetirə bilir. Avtonom rejimdə iş vaxtı 3 saata yaxındır.


Planşetin satışına 14 dekabr 2011-ci ildə başlanılıb və indiyədək qurğunun qiyməti süni şəkildə 41 dollar səviyyəsində saxlanılıb. Satışların ilk iki həftəsi ərzində edilən sifarişlərin sayı 1,4 milyona çatıb. 

Planşetə olan tələbatı ödəmək üçün “Datawind” şirkəti 2012-ci ildə 3 yeni istehsal müəssisəsi tikməli olacaq. Aylıq istehsal gücü 75 min qurğu təşkil edəcək zavodlardan birinin apreldə işə salınacağı gözlənilir.




Baxış sayı: 1177

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024