Turizm sektorunda lisenziyaların verilməsi elektronlaşdırılacaq
Azərbaycanda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə lisenziyaların verilməsi elektronlaşdırılacaq.Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, hazırda bu istiqamətdə işlər aparılır.
Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün lisenziyaların verilməsinin elektronlaşdırılması ölkədə “Elektron hökumət”in qurulması istiqamətində görülən tədbirlərdən biridir.
Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırda yazılı şəkildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirlər. Nazirlik bu müraciəti araşdırır və daha sonra lisenziya ilə bağlı müvafiq qərar qəbul edir.
Lisenziyaların verilməsi elektronlaşdırıldıqdan sonra isə müraciət elektron formada qəbul ediləcək. Müraciətlərə qanunvericilikdə müəyyən edilmiş vaxt ərzində cavab veriləcək.
Hazırda Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunlardan 315-nin lisenziyası vardır.
Baxış sayı: 1366
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib