Tarix:07/01/12
Yanvarın 12-dən etibarən “İCANN” bir yüksəksəviyyəli domen üçün qeydiyyat haqqı 185 000 dollar olmaqla yeni domenlər üzrə ərizələrin qəbuluna başlayır.
Bu plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilib və “.com”, “.net” və ya “.org” kimi orijinal domenlərlə birlikdə mövcud olacaq domen zonaların sərbəst qeydiyyatını nəzərdə tutur. Potensial olaraq bu addım milyonlarla domen zonanın yaranmasına səbəb ola bilər.
Lakin yeni domen sisteminin işə salınması üzrə real qrafikin hələ ki mövcud olmadığı nəzərə alınsa, bunun uzunmüddətli olacağı gözlənilir. “İCANN” nümayəndələri bildirirlər ki, yüksəksəviyyəli domenlərin qeydiyyat qaydasına ciddi şəkildə nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısını alacaqlar.
Təşkilat nümayəndələri etiraf edirlər ki, yüksəksəviyyəli domenlər üçün qiymətlərin kifayət qədər yüksək olmasına baxmayaraq, sonradan domenləri qanuni sahiblərinə yenidən satmaq istəyənlər tapılacaq.
Maraqlıdır ki, bu qərar “İCANN”-ın yaradıldığı ABŞ Ticarət İdarəsində kəskin etiraza səbəb olub. İdarə təmsilçiləri bildiriblər ki, ABŞ-ın iri şirkətlərindən domenləri əldə etmək üçün əlverişli məqamlar axtaran çoxlu həvəskarların olacağı ilə bağlı xeyli iradlar alıblar.
“İCANN” yüksəksəviyyəli domenlərin açıq qeydiyyatı üçün ərizələrin qəbuluna başlayır
İnternetdə domen adlarının və nömrələrin verilməsi ilə məşğul olan “İCANN” korporasiyası tənqidlərə və hüquqi təqib təhdidlərinə baxmayaraq, yüksəksəviyyəli domenlərin qeydiyyatı imkanını açmaqla internetdə domen məkanını genişləndirmək niyyətindədir.Yanvarın 12-dən etibarən “İCANN” bir yüksəksəviyyəli domen üçün qeydiyyat haqqı 185 000 dollar olmaqla yeni domenlər üzrə ərizələrin qəbuluna başlayır.
Bu plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilib və “.com”, “.net” və ya “.org” kimi orijinal domenlərlə birlikdə mövcud olacaq domen zonaların sərbəst qeydiyyatını nəzərdə tutur. Potensial olaraq bu addım milyonlarla domen zonanın yaranmasına səbəb ola bilər.
Lakin yeni domen sisteminin işə salınması üzrə real qrafikin hələ ki mövcud olmadığı nəzərə alınsa, bunun uzunmüddətli olacağı gözlənilir. “İCANN” nümayəndələri bildirirlər ki, yüksəksəviyyəli domenlərin qeydiyyat qaydasına ciddi şəkildə nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısını alacaqlar.
Təşkilat nümayəndələri etiraf edirlər ki, yüksəksəviyyəli domenlər üçün qiymətlərin kifayət qədər yüksək olmasına baxmayaraq, sonradan domenləri qanuni sahiblərinə yenidən satmaq istəyənlər tapılacaq.
Maraqlıdır ki, bu qərar “İCANN”-ın yaradıldığı ABŞ Ticarət İdarəsində kəskin etiraza səbəb olub. İdarə təmsilçiləri bildiriblər ki, ABŞ-ın iri şirkətlərindən domenləri əldə etmək üçün əlverişli məqamlar axtaran çoxlu həvəskarların olacağı ilə bağlı xeyli iradlar alıblar.
Baxış sayı: 1317
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib