12px13px15px17px
Tarix:09/01/12

Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edib

 “Ookla” şirkətinin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir. Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.

Bakı və Sumqayıt üzrə bu göstərici müvafiq olaraq 2,83 və 2,99 Mbit/s təşkil edir.Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilmişdir. Sınaqların keçirilməsi üçün 187 min 578 unikal İP (İnternet Protocol) ünvan seçilib.

Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer almışdır. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 4,59 Mbit/s (“Eurosel” şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s (“Datacell”) olub.

Azərbaycan çıxan trafikin reytinqinə görə 120-ci yeri tutmuşdur. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulmuşlar.

Bakı və Sumqayıt üzrə bu göstərici müvafiq olaraq 0,98 və 1,26 Mbit/s təşkil edib.Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət provayderləri və rabitə operatorlarının statistik nəticələri yer almışdır.

Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində AzEduNet), minimal sürət isə 0,37 Mbit/s (Azerbaijan Data Network) qeydə alınıb.




Baxış sayı: 1369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024