12px13px15px17px
Tarix:10/01/12

Türkiyədə istifadəçilər adlarına qeydə alınmış mobil nömrə sayını internetdən öyrənəcək

Mobil telefon istifadəçiləri adlarına qeydiyyata alınmış neçə telefon nömrəsinin olduğunu internetdən öyrənə biləcəklər. Türkiyənin Məlumat Texnologiyaları və Ünsiyyət Təşkilatı rəsmi saytında açıqladığı 2012-ci ilin iş planında əsas hədəfləri diqqətə çatdırıb.

Əsas diqqətçəkən hədəflərdən biri vətəndaşların adlarına qeydiyyata alınmış nömrə sayını öyrənə bilmə imkanıdır. Hətta bu xidmət internet üzərindən asanlıqla əldə oluna bilinəcək.

İlk dəfə texnologiya saytı olan “ShiftDelete.Net” tərəfindən gündəmə gətirilən bu hədəfin 3 önəmli səbəbi var. Birincisi, təhlükəsizlik məsələləri ilə məşğul olan təşkilatların tələb etdiyi nömrələrlə əlaqədar yazılı sorğularda xəttin abunəsinin kimə aid olduğu haqda məlumatların həqiqəti əks etdirməməsidir.

Lakin bu üsul sayəsində cinayətkarlıqla mübarizə sahəsində təhlükəsizlik təşkilatları daha geniş imkanlar əldə edəcəklər. İkinci səbəb isə vətəndaşların xəbəri olmadan adlarına nömrə qeydə alınma hallarının sayı yeni üsul sayəsində minimuma enəcək.

Çünki vətəndaşlar internet üzərindən sorğu verərək dəqiq məlumat əldə edə biləcəklər. Üçüncüsü isə mobil rabitə sektoruna aid aktual və doğru məlumatların əldə edilməsidir.

Belə ki, məlum olan abunəçi sayı ilə sektorun hazırkı durumu və operatorlar arasında olan rəqabət açıq şəkildə ictimaiyyətə çatdırılacaq. BTK-in açıqladığı plana görə, işin 2012-ci ilin may ayına qədər sona çatdırılması nəzərdə tutulub.



Baxış sayı: 1387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024