Tarix:10/01/12
Həmçinin o bildirib ki, fevral ayının 1-i tarixindən bu oyun qurğusu “Windows (7 və 8)” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün də əlçatan olacaq.
Ballmerin sözlərinə əsasən, “Xbox” və “Kinect” oyun məhsulları “Microsoft” üçün son zamanlar ən uğurlu məhsullardan olub. “Microsoft” korporasiyası “Kinect” qurğusunun, xüsusi olaraq fərdi kompyuterlərdə istifadə edilməsi üçün nəzərdə tutulmuş variantını istehsal edəcək.
Qeyd edək ki, “Kinect” istifadəçinin hərəkət və səsinə reaksiya verən kontrollerdən ibarətdir. “Kinect” əvvəlcə yalnız “Xbox” oyun konsolu üçün mövcud idi.
Lakin bu yaxınlarda “Microsoft” korporasiyası bildirib ki, “Kinect”də böyük potensial görür və fərdi kompyuterdə tibb, istehsal, robot texnikası və digər peşəkar sahələrdə “Kinect” ilə işləməyə imkan verən proqram təminatı çıxarmağı planlaşdırır.
“Kinect” oyun kontrollerinin satışları 18 milyonu ötüb
“Microsoft” korporasiyasının baş direktoru Stiv Ballmer bu gün “CES 2012” sərgisində öz təqdimatı zamanı bildirib ki, “Kinect” oyun kontrollerinin satışları 18 milyonu ötüb.Həmçinin o bildirib ki, fevral ayının 1-i tarixindən bu oyun qurğusu “Windows (7 və 8)” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün də əlçatan olacaq.
Ballmerin sözlərinə əsasən, “Xbox” və “Kinect” oyun məhsulları “Microsoft” üçün son zamanlar ən uğurlu məhsullardan olub. “Microsoft” korporasiyası “Kinect” qurğusunun, xüsusi olaraq fərdi kompyuterlərdə istifadə edilməsi üçün nəzərdə tutulmuş variantını istehsal edəcək.
Qeyd edək ki, “Kinect” istifadəçinin hərəkət və səsinə reaksiya verən kontrollerdən ibarətdir. “Kinect” əvvəlcə yalnız “Xbox” oyun konsolu üçün mövcud idi.
Lakin bu yaxınlarda “Microsoft” korporasiyası bildirib ki, “Kinect”də böyük potensial görür və fərdi kompyuterdə tibb, istehsal, robot texnikası və digər peşəkar sahələrdə “Kinect” ilə işləməyə imkan verən proqram təminatı çıxarmağı planlaşdırır.
Baxış sayı: 1194
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır